İranın Sistan-Bəlucistan əyalətində baş verən qarşıdurmada 2 nəfər ölübbackend

İranın Sistan-Bəlucistan əyalətində baş verən qarşıdurmada 2 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlı qrup arasında baş verən qarşıdurmada iki nəfər ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, İnqilab Keşikçiləri Korpusunun Qüds Qərargahı Sistan-Bəlucistan əyalətində baş verən qarşıdurmalarla bağlı yazılı açıqlama yayıb:

“Sistan-Bəlucistan əyalətində aşkarlanan terror qruplaşmasına qarşı təşkil edilən əməliyyatda 2 terrorçu öldürülüb, 1 nəfər tutulub. Çoxlu sayda silah-sursat da ələ keçirilib”.

İranın “terror təşkilatı” hesab etdiyi “Ceyş əl-Adl” Sistan-Bəlucistan əyalətində “sünni bəluc xalqının hüquqlarını müdafiə etdiyini” iddia edərək, Tehran hökumətinə qarşı silahlı mübarizə aparır.