Toy günü bəy qaçdı, gəlin 2 saatdan sonra onu avtobusda tapdıbackend

Toy günü bəy qaçdı, gəlin 2 saatdan sonra onu avtobusda tapdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda gəlin toydan qaçan bəyi 20 kilometrlik aralıda avtobusda tutaraq nikah mərasiminə gətirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Uttar Pradeş əyalətinin Bareilli şəhərində bir cütlük ailə qurmaq istəyib.

Toy günü üçün bütün hazırlıqlar tamamlansa da, bəy orada olmayıb.

Ənənəvi gəlin paltarında gözləyən gəlin bəyə zəng edərək onun harada olduğunu soruşub.

Bəy isə kənarda olduğunu, anasını gözlədiyini və yalnız anası gəldikdən sonra mərasimə qatılacağını söyləyib.

Bu zaman gəlin iki saatlıq axtarışdan sonra bəyi Bareilly kənarında avtobusda tapıb.

Ailələrin dəstəyi ilə Bareilly kənarındakı məbədə gətirilən bəy burada gəlinlə evlənib.

Bu arada iki ailə və ətrafdakılar gəlini evliliyini qoruyan cəsarət nümayiş etdirdiyinə görə təbrik edib, bəyi isə evlilik məsuliyyətlərindən qaçdığına görə danlayıblar.

Toy görüntülərində bəyin mərasimə adi geyimdə qatıldığı müşahidə olunub.