ABŞ-da mühəndis 12 il həbs cəzasına məhkum edilibbackend

ABŞ-da mühəndis 12 il həbs cəzasına məhkum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da Livan əsilli proqram mühəndisi Livan Hizbullahından hərbi təlim keçmək, saxta nikah üçün sui-qəsd qurmaq və yalan ifadələr vermək ittihamı ilə 12 il həbs cəzasına məhkum edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ hökuməti Livan əsilli ABŞ vətəndaşı Aleksey Saabın (46) yuxarıda adı çəkilən ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmə Saabı Livan Hizbullahından hərbi təlim keçmək, saxta nikah qurmaq və yalan ifadələr verməkdə təqsirli bilib və 12 il həbs cəzasına məhkum edib.

Hakim Paul G. Gardephe qeyd edib ki, qərar onun 2005-ci ildə Hizbullah ilə münasibətlərinə son qoyması və Nyu-Yorkda “məhsuldar və dinc” yaşadığı əsaslarla verilib.

“Konkret faktlar və vəziyyətin” Saab-ın hazırda cəmiyyətə heç bir zərər vermədiyini göstərdiyini vurğulayan Gardephe deyib ki, yeni cinayət törətmək riski çox aşağıdır.

Federal məhkəmə hakimi Qardef də vurğulayıb ki, Saab Livan Hizbullahına ABŞ-ın görməli yerlərinin zəif nöqtələrinin fotoşəkillərini çəkərək və araşdıraraq məlumat verir.