Pakistanın Hayber Paxtunxva əyalətində nəzarət-buraxılış məntəqəsinə təşkil edilən hücumda üçü hüquq-mühafizə orqanlarının əməkaşları olmaqla 4 nəfər həyatını itirib, 2 polis yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətinin Cənubi Vəziristan bölgəsində nəzarət-buraxılış məntəqəsinə hücumu həyata keçirilib.
Hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməsə də, bu, son 24 saat ərzində bölgədə ikinci hücumdur.
Dünən Hayber Paxtunxva əyalətində silahlıların qaz zavoduna hücumu nəticəsində 4 hərbiləşdirilmiş qüvvə və 2 şəxsi mühafizəçi həlak olub.
Son aylar Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.