Meksikada Popokatepetl vulkanının intensiv fəaliyyəti nəticəsində yaranan kül yağışları güclü küləyin də təsiri ilə toz fırtınasına səbəb olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Vulkanın şərqində yerləşən Puebla əyaləti kül yağışından ən çox təsirlənən bölgələr arasında olarkən, əyalətin paytaxtı Puebla və Atlikskoda güclü külək nəticəsində toz fırtınaları yaşanıb.
Bu əyalətlərdə bəzi iş yerləri bağlanarkən, gündəlik həyata mənfi təsir etdi. Toz fırtınası zamanı qeydə alınan görüntülərdə küçələrin duman təbəqəsi ilə örtüldüyü görülüb.
Vulkanın ətrafındakı bir çox əyalətdə məktəblər tətilə buraxılıb, uçuşlar təxirə salınıb.
Hökumət insanları tibbi maskadan və eynəkdən istifadəyə, eləcə də özlərini qorumağa çağırıb.
Popocatepetl vulkanında son 24 saat ərzində daha 2 püskürmənin baş verdiyi bildirilib.
Bir ildən çoxdur fəaliyyətində artım müşahidə olunan Popocatepetldə son günlər demək olar ki, hər gün partlayışlar yaşanır.
Keçən il cəmi 113 dəfə püskürən vulkanda bu ilin əvvəlindən indiyədək 518 püskürmə baş verib.