Panamada 6,6 bal gücündə zəlzələ baş verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Birləşmiş Ştatların Geoloji Xidməti (USGS) çərşənbə günü Panamada, Puerto-Obaldiyada 6,6 bal gücündə zəlzələnin baş verdiyini bildirib.
USGS zəlzələnin 10 km dərinlikdə olduğunu qeyd edib.
ABŞ Sunami Xəbərdarlıq Sistemi zəlzələdən sonra sunami xəbərdarlığının olmadığını açıqlayıb.