Prezidentin nümayəndəsi: “Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir”backend

Prezidentin nümayəndəsi: “Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir, sahibkarlar və investorlar üçün yeni üfüqlər açılır”.

Bunu Naxçıvan MR-da Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli mayın 26-da Naxçıvanda keçirilən “Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri” konfransında deyib.

O bildirib ki, Zəngəzur dəhlizin reallaşdırılması Naxçıvanın logistika mərkəzi kimi imkanlarını daha da artıracaq.

Səlahiyyətli nümayəndə söyləyib ki, bu kontekstdə Naxçıvanda yeni enerji layihələri reallaşdırılacaq, yeni iş yerləri açılacaq: “Həmçinin sahibkarlığa və sahibkarlara dəstək mexanizmi prioritet sahə kimi diqqətdə saxlanılacaq.

Əlbəttə Türkiyə ilə yeganə quru yolu Naxçıvan üçün Zəngəzur dəhlizinin perspektivlərini daha da artırır”.