Sudanda toqquşmalar şiddətlənirbackend

Sudanda toqquşmalar şiddətlənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında aprelin ortalarından bəri davam edən və mayın 22-si axşam saatlarında başlayan bir həftəlik atəşkəsin bitməsinə bir neçə saat qalmış paytaxt Xartumda qarşıdurmalar yenidən şiddətlənib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Sudanın paytaxtı Xartumun qərbindəki Umdurman bölgəsində və şimal-şərqdəki Bəhrinin Kadru və Halfaya məhəllələrində şiddətli qarşıdurmalar gedir.

Topların və şiddətli atəş səslərinin eşidildiyi bu bölgələrdə tüstü və alov qalxarkən, hərbi təyyarələrin havaya qalxdığı görülüb.

Digər tərəfdən, tərəflər arasındakı gərginliyi aradan qaldırmağa çalışan ABŞ və Səudiyyə Ərəbistanı, Sudanda hər iki tərəfə daimi son qoymaq üçün bu axşam başa çatması planlaşdırılan atəşkəsi uzatmağa çağırıb.

Tərəflər mayın 20-də ABŞ və Səudiyyə Ərəbistanı vasitəsilə bir həftəlik atəşkəsin 22 May Bazar ertəsi saat 21.45-dən etibarən qüvvəyə minəcəyini elan etdilər.

Atəşkəsin qüvvəyə minməsindən bir gün sonra ABŞ dövlət katibi Antoni Blinken sudanlı generalların yekun atəşkəsə əməl etmədikləri təqdirdə sanksiyalarla üzləşəcəkləri barədə xəbərdarlıq edib.

Sudan Müdafiə Nazirliyi mayın 26-da istefada olan əsgərləri və əlində silah tutanları səfərbər etməyə çağırıb.

Qeyd edək ki, ordu ilə polis arasında aprelin 15-i səhər saatlarında paytaxt Xartum və müxtəlif şəhərlərdə silahlı qarşıdurma başlayıb.

Toqquşmalar başlayandan bəri 709 nəfərin ölüb, 5424 nəfər yaralanıb.

Birləşmiş Millətlər Təşkilatı məlumat yayıb ki, bir milyondan çox insan ölkə daxilində didərgin düşüb, 300 min insan münaqişələr səbəbilə qonşu ölkələrə qaçıb.