Polis qrup tərəfindən qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açıb, 2 nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə qonşu Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, müttəhimlər Rustavi şəhərindən tanışını Qurcaani bələdiyyəsinin kəndlərindən birinə aparıblar, qarşılıqlı mübahisə zəminində qətlə yetiriblər, bundan sonra izlərini gizlətmək üçün meyiti kənddən uzaqda quyuya ataraq quyuya daş və beton doldurublar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Q.M.-nin itkin düşməsindən bu il mayın 22-də xəbər tutublar. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində polis Q.S. və U.B. təqsirləndirilən şəxs qismində tutulub.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “i” yarımbəndi ilə aparılır.