Avstriyada xəstəxanada baş verən yanğında 3 xəstə ölübbackend

Avstriyada xəstəxanada baş verən yanğında 3 xəstə ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriyanın paytaxtı Vyana yaxınlığındakı Mödlinq xəstəxanasında baş verən yanğında 3 nəfərin öldüyü, 20 nəfərin isə tüstüdən zərər çəkdiyi bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Avstriya Dövlət Səhiyyə Təşkilatının sözçüsü Matthias Hofer yanğının 3 xəstənin yerləşdiyi otaqda gecə saatlarında baş verdiyini və sürətlə yayıldığını bildirib.

Hofer qeyd edib ki, 3 xəstəni xilas etmək mümkün olmayıb, 20 nəfər isə tüstüdən zərər çəkib.

Xəstələrin ətrafdakı xəstəxanalara köçürüldüyünü qeyd edən Hofer, əməliyyatxanaların yanğının baş verdiyi yerə yaxın olması səbəbindən bir müddət əməliyyatın edilə bilməyəcəyini də açıqladı.

Ştat prokurorluğu yanğının səbəbini müəyyən etmək üçün araşdırmalara başlayıb.