Cənubi Koreya: Şimali Koreya hərbi casus peyki buraxma planı ilə BMT sanksiyalarını pozurbackend

Cənubi Koreya: Şimali Koreya hərbi casus peyki buraxma planı ilə BMT sanksiyalarını pozur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya şimal qonşusunu ilk hərbi casus peykini orbitə çıxarmaq planı ilə Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının (BMT TŞ) sanksiyalarını pozmaqda ittiham edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bildirilib ki, buraxılış aparatlarında və ballistik raketlərdə istifadə olunan texnologiya eynidir, ona görə də Şimal Koreyanın istənilən peyk buraxılışı beynəlxalq hüququ, o cümlədən BMT Təhlükəsizlik Şurasının Pxenyanın uzaq mənzilli uçuşlarını qadağan edən qətnamələrini pozacaq.

Qeyd edilib ki, buraxılış aparatlarında istifadə olunan texnologiya qitələrarası ballistik raketlərdə də istifadə oluna bilər.

Şimali Koreyanın peyk buraxma planına cavab olaraq Cənubi Koreya Pxenyanı qeyri-qanuni fəaliyyətlərdən çəkinməyə və diplomatik kanalları açıq saxlamağa çağırıb.