Belçikada meşə yanğını nəticəsində 170 hektar ərazi zərər görübbackend

Belçikada meşə yanğını nəticəsində 170 hektar ərazi zərər görüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikada meşə yanğını nəticəsində 170 hektar ərazi zərər görüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ölkənin şərqindəki Faqnes bölgəsində baş verən yanğının söndürülməsi üçün 130 yanğınsöndürən ayrılıb. 170 hektar meşə və qamış sahəsinə ziyan vuran yanğının söndürülməsinə alman yanğınsöndürənlərinin də dəstək verdiyi bildirilib.

Belçikanın Valon Bölgəsinin Meşə və Su İdarəsi yanğının insan tərəfindən törədildiyini, ildırım çaxması və ya həddindən artıq istilik kimi təbii səbəbin alova səbəb olmadığını vurğulanıb.

Gəzinti yolları ilə tanınan əraziyə girişlərin qadağan edildiyi, yanğından zərər çəkmiş bəzi məntəqələrə çatmaq üçün helikopterlərə ehtiyac olduğu qeyd edilib.

Təxminən iki həftədir yağış yağmayan Belçikanın şimalındakı Antverpen və Limburq təbiət parkları və meşəlik ərazilərdə yanğın təhlükəsinə qarşı sarı xəbərdarlıq elan edilib. Ölkə ərazisində havanın ən azı daha bir həftə günəşli və quraq keçəcəyi gözlənilir.