Avstraliyada timsahın hücumu nəticəsində bir nəfər yaralanıbbackend

Avstraliyada timsahın hücumu nəticəsində bir nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyada timsahın hücumu nəticəsində 51 yaşlı kişi yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

51 yaşlı Marcus McGowan tətildə olduğu Qinslend əyalətindəki Keyp York yaxınlığındakı Haggerstone adasının 28 kilometrliyində bir qrup dostu ilə birlikdə suya girib.

Üzərkən bir heyvanın ona arxadan hücum etdiyini izah edən Makqouan əvvəlcə bunun köpəkbalığı ola biləcəyini düşündüyünü, lakin sonradan bunun timsah olduğunu anladığını bildirib.

McGowan balası olduğu düşünülən timsahı dəf edərkən əlindən yaralanıb.

Son aylarda Avstraliyanın şimalında tez-tez rast gəlinən timsahların insanlara hücum etməsi xəbəri mətbuatda əksini tapıb.

Fevral ayında Cairns əyalətinin şimalında yerləşən gəmiqayırma zavodunda bir kişi və iti timsahın hücumuna məruz qalmış, uzunluğu 4 metrdən çox olan timsah isə güllələnib.

Bu ayın əvvəlində Kennedi çayının sahilində timsahın mədəsində 65 yaşlı balıqçının əzaları tapılıb.

Ölkədə timsah ovuna qadağa qoyulduğu 1974-cü ildən bəri timsahların sayının 5000-dən 30.000-ə qədər artdığı təxmin edilir.