İngiltərədə inflyasiya: qiymətlər son 18 ilin ən yüksək həddə çatıbbackend

İngiltərədə inflyasiya: qiymətlər son 18 ilin ən yüksək həddə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə supermarket və mağazalarda qiymətlər son 18 ilin ən yüksək səviyyəsinə qalxıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətlər 9 faiz artıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İngiltərədə mağaza qiymətlərinin inflyasiyası 2005-ci ildən bəri ən yüksək səviyyədədir.

Bu barədə Britaniya pərakəndə satış konsorsiumu məlumat yayıb.

Aprel ayında supermarket və pərakəndə satış şəbəkələrində qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 bahalaşıb.

May ayında bu artım 9 faizə yüksəlib.

Beləliklə, mağaza qiymətləri inflyasiyası sektor qeydlərinin aparılmağa başladığı 2005-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

İngiltərədə ərzaq qiymətlərinin inflyasiyası 15,7 faizdən 15,4 faizə enib.

Mart ayında yüzdə 19,2 olan ərzaq inflyasiyası son 45 ilin ən yüksək səviyyəsinə çatıb.