ABŞ 7 İran və Çin vətəndaşlarına qarşı sanksiyalar tətbiq edibbackend

ABŞ 7 İran və Çin vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ 7 İran və Çin vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bildirilib ki, ABŞ İran və Çin Xalq Respublikasında yerləşən 7 fiziki şəxs və 6 təşkilatın satınalma şəbəkəsinə sanksiya tətbiq edəcək.

ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən İranın ballistik raket proqramının əsas rol oynayan insanları və təşkilatları hədəf aldığı qeyd edilib.

Bildirilib ki, İranda ballistik raket proqramına dəstək verdikləri üçün İran və Çində 7 şəxs və 6 təşkilatdan ibarət satınalma şəbəkəsinə sanksiya tətbiq edilməsinə qərar verilib.

Bəyanatda deyilir: “Birləşmiş Ştatlar İranın satınalma şəbəkələrini pozmaq üçün əlində olan hər vasitədən istifadə etməkdə qərarlıdır və müttəfiqləri və tərəfdaşları ilə İranı öz hərəkətlərinə görə cavabdehləşdirmək üçün çalışır”.