Sudanda daxili qarşıdurma 54 gündür davam edirbackend

Sudanda daxili qarşıdurma 54 gündür davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda ordu ilə yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (HDK) arasında aprelin ortalarında başlayan qarşıdurmalar, beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarına və sanksiya təhdidlərinə baxmayaraq, paytaxt Xartumda davam edir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Xartumun cənubunda şahidlərin verdiyi məlumata görə, 54-cü gündə ordu ilə qiyamçı elan etdiyi HDK arasında “Cebra” bölgəsində və “Zirehli Bölmələr” qərargahı ətrafında şiddətli toqquşmalar baş verib.

HDK bölgədə sıx şəkildə görünən döyüş təyyarələrinə zenit silahları ilə cavab verib. Silah səsləri və şiddətli partlayışlar səslənən ərazinin müxtəlif nöqtələrindən tüstü qalxıb.

Sudanda ordu bir vaxtlar dəstəklədiyi, lakin müstəqil və paralel ordu kimi fəaliyyət göstərdiyi üçün təhdid hesab etdiyi HDK-nın 2 il ərzində tam şəkildə orduya inteqrasiyasını istəyirdi. 15 aprel səhər saatlarında paytaxt Hartum və müxtəlif şəhərlərdə tərəflər arasında silahlı qarşıdurma yaşanıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda davam edən münaqişə nəticəsində 850-dən çox insanın öldüyünü, 5500-dən çox insanın yaralandığını bildirib.

Tərəflər sonuncu dəfə mayın 29-da mövcud atəşkəsi daha 5 gün uzadıblar.

ABŞ və Səudiyyə Ərəbistanı, Sudan ordusu ilə HDK arasında qarşıdurmanı dayandırmaq üçün Ciddədə keçirilən danışıqların iki tərəfin atəşkəsi pozması səbəbindən iyunun 1-də dayandırıldığını açıqlayıb.