Johns Hopkins Silah Zorakılığı Həllləri Mərkəzi tərəfindən hazırlanan 2021-ci ildə ABŞ-da Silah Zorakılığı ilə bağlı hesabata görə, ölkədə silahlı zorakılıq nəticəsində ölənlərin sayı 1995-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ-da 2021-ci ildə silahlı zorakılıq nəticəsində gündəlik ölənlərin sayının təxminən 134 olduğuna diqqət çəkən hesabatda, eyni səbəbdən hər 11 dəqiqədə bir nəfərin öldüyü qeyd edilib.
Sözügedən zorakılıq səbəbiylə ölkədə can itkisi əvvəlki ilə nisbətən 3 min 600 artaraq 48 min 830 min nəfərə çatıb.
Hesabatda 20 min 958 nəfərin silahlı qətlin qurbanı olduğu, 26 min 328 nəfərin isə tüfənglə intihar etdiyi qeyd edilib.
ABŞ-da 2020-ci illə müqayisədə tüfənglə intihar hallarında yüzdə 8,3, silahla qətlə yetirmələrdə isə yüzdə 7,6 artım qeydə alınıb.
“Silahlar 2021-ci ildə uşaqlar və gənclər arasında ölüm hallarının əsas səbəbi olmaq üçün COVID-19-u, yol qəzalarını və xərçəngi bir daha üstələyib”, – hesabatda deyilir.
Bundan əlavə, hesabatda qaradərililərin digər qruplara nisbətən 14 dəfə çox silahlı zorakılıq nəticəsində həyatını itirdiyi vurğulanıb.