Ötən gün Hindistanın paytaxtı Yeni Dehlidən havaya qalxan “Air India” şirkətinə məxsus sərnişin təyyarəsi mühərrikində nasazlıq səbəbindən Rusiyaya eniş edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Air India aviaşirkətindən içərisində 216 sərnişin və 16 ekipajı olan “Boeing 777” tipli sərnişin təyyarəsinin dünən Rusiyanın Maqadan hava limanına eniş etdiyi bildirilib.
Təyyarənin “mühərriklərdən birində texniki nasazlıq” səbəbilə eniş etdiyi və sərnişinlərin səhhətinin yaxşı olduğu qeyd edilib.
ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel verdiyi açıqlamada təyyarədə ABŞ vətəndaşlarının da ola biləcəyini qeyd edərək, Air India-nın sərnişinlərin səyahətlərini davam etdirmələri üçün Rusiyaya daha bir təyyarə göndərəcəyini açıqlayıb.