Rusiyada 30 nəfər saxta spirtli içkidən zəhərlənərək ölübbackend

Rusiyada 30 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Səhiyyə Nazirliyi ölkənin müxtəlif bölgələrində 30 nəfərin zəhərlənmədən öldüyünü açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Rusiya Səhiyyə Nazirliyindən tərkibində metil spirti və etil butirat olduğu aşkarlanan saxta içkidən aralarında hamilə qadın da daxil olmaqla 96 nəfərin zəhərləndiyi bildirilib.

Onlardan 30-nun öldüyünə dair məlumatların yer aldığı açıqlamada digərlərinin müalicəsinin davam etdiyi qeyd edilib.

Hadisədən sonra araşdırmalara başlanılıb.