İki ay fərqlə iki dəfə lotereyada 2 milyon dollar qazandıbackend

İki ay fərqlə iki dəfə lotereyada 2 milyon dollar qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Florida ştatında yaşayan qadın iki ay fərqlə lotereyada qalib gələrək ümumilikdə 2 milyon dollar qazanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Noyabr ayında 50 dollarlıq “500X The Cas”h lotereya oyununu alan 41 yaşlı Altovise Morris 1 milyon dollarlıq cekpotu qazandıqdan sonra lotereya rəsmiləri ilə “mən yenə qayıdacağam” deyə zarafat edib.

Lakin Morrisin zarafatı iki ay sonra gerçəkləşib.

Yanvar ayında yenə eyni oyunu oynayan Morris bir dəfə də lotereya mərkəzinə gedərək ikinci 1 milyon dollarlıq uduşunu qazandığını açıqlayıb.

“Mən hələ də bunun baş verdiyinə inana bilmirəm”, – uduşunu almaq üçün gedən şanslı qadın lotereya rəsmilərinə deyib.

İlk bonusunun demək olar ki, hamısını yeni evə xərclədiyini deyən Morris, ikinci 50 dollarlıq bileti alanda yeni evini aldığını bildirib.

Florida Lotereyası “500X The Cash” oyununda iki dəfə udmaq ehtimalının 71,6 milyardda 1 olduğunu açıqlayıb.

Vergilər çıxıldıqdan sonra Altovise Morrisə ümumilikdə 1 milyon 640 min dollar ödənildiyi bildirilib.