37 Çin hərbi təyyarəsi Tayvana daxil olubbackend

37 Çin hərbi təyyarəsi Tayvana daxil olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvan 37 Çin hərbi təyyarəsinin ölkənin hava məkanını pozmasından sonra hava hücumundan müdafiə sistemlərini işə salıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Çinin Shenyang J-11, Shenyang J-16 döyüş təyyarələri və Xian H-6 bombardmançı təyyarəsi də daxil olmaqla 37 döyüş təyyarəsinin ölkənin Hava Hücumundan Müdafiə Təsnifat Bölgəsinə (ADIZ) daxil olduğu bildirilib.

Çin təyyarələrinin bəzilərinin Tayvanın cənub-şərqinə uçduğu, daha sonra “hava müşahidəsi və dəniz təlimi” üçün Sakit okeanın qərbinə doğru hərəkət etdiyi bildirilib. Tayvanın vəziyyəti izləmək üçün gəmi və təyyarələrini bölgəyə göndərdiyi və hava hücumundan müdafiə sistemlərini işə saldığı qeyd edilib.

Çin Müdafiə Nazirliyi hələlik mövzu ilə bağlı açıqlama verməyib.

Beynəlxalq hüquqda heç bir tərifi olmayan və hava məkanından fərqli olan Hava Hücumundan Müdafiə və İdentifikasiya Sahəsi (ADIZ) ölkələr tərəfindən birtərəfli qaydada elan edilir.