Cənubi Amerika ölkəsi Peruda iqlim dəyişməsi ilə əlaqədar 18 bölgədə fövqəladə vəziyyət elan edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, iqlim dəyişməsinin mənfi təsirləri səbəbindən 18 bölgədə 60 gün müddətində fövqəladə vəziyyət elan edilib.
İlin sonuna qədər güclü yağışların gözlənildiyi, bu səbəbdən risklərin azaldılması üçün fövqəladə tədbirlər planının həyata keçiriləcəyi bildirilib.
Qeyd edilib ki, fövqəladə vəziyyət elan edilən bölgələr Amazonas, Ancash, Arequipa, Ayacucho, Cajamarca, Huancavelica, Huanuco, Ica, Junin, La Libertad, Lambayeque, Lima, Moquegua, Pasco, Piura, San Martin və Tacnadır.
Fevralın 8-də Peruda son leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 40 nəfər həyatını itirib.