Kuba Çinin Havana administrasiyası ilə ABŞ-la bağlı casusluq fəaliyyətini həyata keçirmək üçün öz ölkəsində baza yaratmaq barədə prinsipial razılığa gəldiyini təkzib edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Kuba xarici işlər nazirinin müavini Karlos Fernandez de Kossio mətbuata açıqlamasında xəbərin qətiyyən həqiqətə uyğun olmadığını və ABŞ-ın Kubaya qarşı sanksiyalarına haqq qazandırmaq üçün qəsdən belə xəbərlərin yayıldığını bildirib.
ABŞ-ın “əsassız” və “yalan” iddialarla adanı pozmağa çalışdığını vurğulayan Kossio deyib ki, ABŞ rəsmiləri tez-tez belə böhtanlar uydururlar. Görünür, kəşfiyyat bunu edir. Heç bir əsası yoxdur”.
Kossio əlavə edib ki, Kuba hökuməti Latın Amerikası və Karib hövzəsində, o cümlədən ABŞ-ın Quantanamodakı bazasında “hər hansı hərbi mövcudluğu” rədd edir.