Ukraynaya 5 milyardlıq yardım paketi rədd edilibbackend

Ukraynaya 5 milyardlıq yardım paketi rədd edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə Nümayəndələr Palatası Ukraynaya dəstək üçün 5 milyard İsveçrə frankı (5,5 milyard dollar) məbləğində yardım paketini rədd edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Beş-on il davam etməsi gözlənilən bu yardım paketi təklifi Nümayəndələr Palatasının Xarici Siyasət Komitəsi tərəfindən rədd edilib.

İsveçrənin xarici işlər naziri İqnazio Kassis qərarla bağlı verdiyi açıqlamada İsveçrənin Ukrayna xalqı üçün üç dəstək paketi hazırladığını və davam edən müharibə səbəbiylə yenidənqurma ehtiyacının nə qədər olacağını təxmin edə bilmədiklərini bildirib.

“İsveçrə artıq Ukraynaya böyük maliyyə töhfəsi verib. İsveçrə hökuməti artıq 2025-2028-ci illər üçün Ukrayna və region üçün təxminən 1,5 milyard frank ayırıb”, – Kassis bildirib.

Yardım paketinin humanitar yardım, mülki əhalinin müdafiəsi, minalardan təmizlənməsi və sülh quruculuğu üçün istifadə edilməsi planlaşdırılıb.

Bildirilib ki, qərar Ukrayna prezidenti Vladimir Zelenskinin İsveçrə parlamentindəki çıxışından bir həftə əvvəl verilib.

Ukraynaya yardım məsələsinin iyunun 12-də yenidən parlamentin gündəminə gətiriləcəyi gözlənilir.