Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul edibbackend

Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.

Bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Qeyd edək ki, hazırda ilk dəfə işə qəbul olunan müəllimlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər.

Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.