İndoneziyada Anak Krakatau vulkanında püskürmə baş veribbackend

İndoneziyada Anak Krakatau vulkanında püskürmə baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyada Anak Krakatau vulkanında püskürmə baş verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bildirilib ki, İndoneziyadakı Anak Krakatau vulkanı püskürmələrdən sonra 3000 metr yüksəkliyə kül və tüstü atmağa başlayıb.

İndoneziyanın Anak Krakatoa adasında yerləşən Anak Krakatau vulkanında təxminən bir saat ərzində iki püskürmə baş verib.

İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi (PVMBG) verdiyi açıqlamada vulkanın 3000 metr yüksəkliyə kül və tüstü səpdiyini bildirib. Vulkandakı püskürmələrdən sonra həyəcan səviyyəsi 2-yə qaldırılsa da, yaşayış məntəqələrinə hələlik təxliyə göstərişi verilməyib.

PVMBG turistlərə və sakinlərə Vulkanın yaxınlığına yaxınlaşmamaq barədə xəbərdarlıq edib.

Təxminən 157 metr hündürlüyündə olan Anak Krakatau vulkanı mart ayından bəri ən azı 10 dəfə püskürüb.

2018-ci ilin dekabrında Anak Krakatau vulkanının püskürməsindən sonra sunami nəticəsində ən azı 430 nəfər həlak olub.