Şimali Koreya Rusiya ilə strateji əməkdaşlığı gücləndirir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktubda Pxenyanla Moskva arasında strateji münasibətləri yaxşılaşdırmaq arzusunda olduğunu bildirib.
Kim “Rusiya Günü” münasibəti ilə Putinə təbrik məktubu göndərib.
Ölkəsi ilə Rusiya arasındakı əlaqələri “dəyərli strateji əlaqələr” olaraq xarakterizə edən Kim ölkəsinin sözügedən əməkdaşlığı gücləndirməyə çalışacağını bildirib.
Rusiya-Ukrayna müharibəsində ölkəsinin Rusiyanın yanında olduğunu təkrarlayan Kim, Ukrayna ilə müharibəni davam etdirən Rusiyaya “tam dəstək və həmrəylik” verməyə davam edəcəklərini bildirib.
Ukraynadakı müharibəyə görə beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı embarqo və qınamalarına baxmayaraq, Pxenyanın Moskvaya silah göndərdiyi iddia edilir.