Fransanın keçmiş prezidenti Nikola Sarkozinin evində axtarış aparılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Axtarış Sarkozinin o vaxtkı Liviya lideri Müəmmər Qəddafidən qeyri-qanuni maliyyə dəstəyi aldığı və 2007-ci ildə prezident seçkiləri kampaniyasını aparmaq üçün cinayət təşkilatı qurduğu ittihamı ilə mühakimə olunduğu iş çərçivəsində davam etdirilib.
Qeyd edək ki, Nikola Sarkozi 2007-2012-ci illərdə Fransanın prezidenti olub.