ABŞ-dan Hindistanla bağlı mesajbackend

ABŞ-dan Hindistanla bağlı mesaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan bildirib ki, ABŞ müdafiə və yüksək texnologiya kimi kritik sahələrdə Hindistanla ticarət üçün maneələri aradan qaldırmağa hazırdır.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Sullivan Hindistanın paytaxtı Yeni Dehlidəki təmasları çərçivəsində iş adamları ilə görüşüb.

O, Hindistanın Baş naziri Narendra Modinin Vaşinqtona səfəri zamanı bir çox mövzunun müzakirə olunacağına diqqət çəkib və Modinin səfəri zamanı kritik sahələrdə ABŞ və Hindistan arasında ticarət maneələrinin aradan qaldırılması üçün addımların atıla biləcəyini qeyd edib.

Bu sahələrin “5G və 6G telekommunikasiya texnologiyaları, yarımkeçirici təchizat zəncirləri, süni intellekt və qabaqcıl hesablama kimi strateji sahələrdə ola biləcəyini ifadə edən Sullivan Modi ilə də görüşüb.

Jake Sullivan Modinin iyunun 22-də Vaşinqtona rəsmi səfərinə son hazırlıqları görmək üçün Hindistandadır.