Türkiyənin milli müdafiə naziri Yaşar Gülər NATO Müdafiə Nazirləri toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə gedib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Güləri Melsbroek hava limanında Türkiyənin NATO-dakı daimi nümayəndəsi Zeki Levent Gümrükçü, Türkiyənin Brüsseldəki səfiri Bəkir Uysal, Türkiyə Hərbi Nümayəndəliyinin rəhbəri general-leytenant Göksel Kahya və Belçika rəsmiləri qarşılayıblar.
Türkiyəni təmsil edərək sabah NATO qərargahında keçiriləcək Müdafiə Nazirləri Toplantısına qatılacaq nazir Gülər sessiyalarda iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək.