Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanda üçüncü aydır ki, münaqişə səbəbindən Darfurda humanitar fəlakətin sürətlə humanitar fəlakətə doğru irəlilədiyi barədə xəbərdarlıq edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi və fövqəladə yardım koordinatoru Martin Griffiths bildirib ki, Darfur sürətlə humanitar fəlakətə doğru gedir və dünya buna imkan verə bilməz.
Sudandakı qarşıdurmanın üçüncü aya girdiyini bildirən Qriffits ölkə daxilində humanitar vəziyyətin daha da pisləşdiyinə diqqət çəkib.
O, 1,7 milyon insanın didərgin düşdüyünü və onlardan 500 minə yaxın insanın ölkəni tərk etdiyini bildirib.
Qeyd edək ki, aprelin 15-dən Sudanda ordu ilə çevik polis dəstələri arasında toqquşma başlayıb.
Qarşıdurma nəticəsində 850 nəfərin həyatını itirdiyi, 5500 nəfərin isə yaralandığı bildirilib.