İran və Kuba arasında 6 əməkdaşlıq müqaviləsi imzalanıbbackend

İran və Kuba arasında 6 əməkdaşlıq müqaviləsi imzalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti İbrahim Rəisi Latın Amerikasına səfəri çərçivəsində Nikaraquadan Kubaya gedib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

O, həmkarı Kuba Prezidenti Migel Diaz-Kanel ilə iki ölkə arasında 6 əməkdaşlıq sazişi imzalayıblar.

Kuba Prezidenti Diaz-Kanel görüşlə bağlı bildirib: “Biz enerji, qida və səhiyyə sahələrində potensiala əsaslanaraq iqtisadi, ticarət və əməkdaşlıq əlaqələrini dərinləşdirmək və diversifikasiya etmək iradəsini bir daha təsdiqləyirik. Biz təzyiq mexanizmi kimi birtərəfli sanksiyaların tətbiqindən imtina etməyə razıyıq”.

İran hökuməti səfərlə bağlı açıqlamasında iki ölkə arasında 6 əməkdaşlıq müqaviləsi imzaladığını açıqlayıb.