Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Yunanıstanın Peloponnes yarımadası açıqlarında qeyri-qanuni miqrantları daşıyan balıqçı gəmisinin batması ilə əlaqədar fəlakətdə indiyədək 78 nəfərin həyatını itirdiyini, aralarında qadın və uşaqların da olduğu 500 nəfərin itdiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Peloponnes yarımadası yaxınlığında “dəhşətli faciə” yaşandığını bildirib.
Həyatını itirən 78 qeyri-qanuni miqrantın yaxınlarına başsağlığı verilib.
Qeyd edək ki, iyunun 14-də Yunanıstanın Peloponnes bölgəsindəki Navarino şəhərindən 47 dəniz mili aralıda qeyri-qanuni miqrantları daşıyan balıqçı qayığı beynəlxalq sularda çevrilib.
Hadisə zamanı 78 nəfər həyatını itirib, 104 nəfər xilas edilərək Kalamata limanına gətirilib.
Yunanıstan Sahil Mühafizəsi xilas edilən miqrantlardan 47-nin Suriya, 43-nün Misir, 12-nin Pakistan və 2-nin Fələstin vətəndaşı olduğunu açıqlayıb.
Qeyri-kommersiya “Alarm Phone” şirkətinin məlumatına görə, təyyarədə təxminən 700 nəfər olub.
Axtarış-xilasetmə işləri hələ də davam edir. Mütəxəssislər ölənlərin sayının artacağından narahatdırlar.