Tabutda nəfəs alan qadın neçə gün sonra ölübbackend

Tabutda nəfəs alan qadın neçə gün sonra ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekvadorda həyatını itirdiyi zənn edilərək tabuta qoyulan, lakin dəfn mərasimi zamanı sağ olduğu məlum olan yaşlı qadın günlər sonra dünyasını dəyişib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

76 yaşlı Bella Montoyanın ötən həftə Babahoyo şəhərindəki xəstəxanada öldüyü elan edilib.

Onun dəfnində iştirak edən yas tutanlar tabutunu vurduğunu eşidəndə dərhal müalicə olunmaq üçün həmin xəstəxanaya aparılıb.

Ekvadorun səhiyyə nazirliyi onun yeddi gün reanimasiyada qaldıqdan sonra cümə günü işemik insultdan öldüyünü təsdiqləyib.

Nazirlikdən verilən açıqlamada onun xəstəxanada olduğu müddətdə “daimi nəzarətdə” saxlanıldığı bildirilib.

Yerli qəzetə danışan oğlu Gilbert Barbera “Bu dəfə anam həqiqətən öldü. Mənim həyatım əvvəlki kimi olmayacaq” deyib.

Montayanın katalepsiya adlı xəstəliyə tutulduğunu bildirilib.

Katalepsiya zamanı insanda qıcolma olur, huşunu itirir, bədən sərtləşir.

Ekvadorun Səhiyyə Nazirliyi hadisəni araşdırmaq üçün ekspertlər komissiyası toplayıb.