NASA 2020-ci ilin sonunda Juno kosmik gəmisinin Yupiterin 31-ci yaxın keçidi zamanı çəkdiyi fotoşəkilləri dərc etməyə başlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ötən gün yayılan fotoşəkildə qaz nəhənginin şimal qütbünün yaxınlığında burulğan və ildırım çaxmasının müşahidə oluna bilən parıltısı əks olunub.
NASA qeyd edib ki, Yupiterdə ildırım Yerdəki kimi, tərkibində ammonyak-su məhlulu olan buludlarda baş verir və daha çox qütblərin yaxınlığında müşahidə olunur.
İldırım şəkli Juno 30 dekabr 2020-ci ildə Yupiterə 31-ci yaxın uçuşunu tamamladığı zaman çəkilib.
Alim Kevin M. Gill 2022-ci ildə kosmos gəmisindəki JunoCam alətindən alınan xam məlumatlardan görüntünü emal edib.
Kosmik gəmi planetə yaxınlaşarkən ildırım Yupiterin bulud zirvələrindən təxminən 32 min kilometr yüksəklikdə, 78 dərəcə enliyində çəkilib.
Juno Yupiterə 50-dən çox uçuş həyata keçirib və 820 min kilometrdən çox məsafə qət edib.
4 iyul 2016-cı ildə Yupiterə çatıb və ilk elmi uçuş 53 gün sonra baş verib.