Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 5-ə çatıb, 28 nəfər itkin düşübbackend

Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 5-ə çatıb, 28 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nepalda musson yağışları səbəbiylə sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 5-ə çatıb, 28 nəfərin itkin düşdüyü bildirilir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ölkədə ötən həftədən bəri təsirli olan musson yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələri ölkənin şərqində 4 bölgədə dağıntı və insan tələfatına səbəb olub.

Fəlakət Sankhuwasabha, Taplejung, Panchthar və Dhankuta bölgələrində fəsadlar törədib.

Nepalın İnfrastruktur və Nəqliyyat naziri Prakash Jwala sel və torpaq sürüşmələrindən zərər çəkmiş ərazilərdə bəzi yol və körpülərin dağıldığını, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Qarşıdakı həftələrdə yağışların ölkəyə yayılacağı gözlənilir.