Biləsuvarda qətl hadisəsinin bəzi təfərrüatları məlum olubbackend

Biləsuvarda qətl hadisəsinin bəzi təfərrüatları məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvarda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

İnterpress.az-ın məlumatına görə, ötən gün saat 23 radələrində baş verib.

Belə ki, Cəbrayıl rayon sakinləri üçün Biləsuvar rayonu ərazisində salınmış 10 saylı qəsəbədə yerləşən kafelərin birin önündə 1983-cü il təvəllüdlü Bayramov Bayram Oruc oğlu ilə 1970-ci il təvəllüdlü Həsənov Fəxrəddin Əli oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Daha sonra sonuncu B.Bayramova balta ilə xəsarət yetirərək, onu öldürüb.

Məlumata görə, onlar hər ikisi eyni qəsəbə də yaşayırlarmış. Mərhum evli olub, 2 övladı var imiş.

Fakta görə Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. F.Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.