Makronun reqbi klubunun paltardəyişmə otağında 17 saniyə ərzində pivə içməsinin görüntüləri sosial mediada yayımlandıqdan sonra yeni mübahisə yaranıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məsuliyyətsizlikdə günahlandırılan Makron bu hərəkətinə görə tənqidlərə məruz qalıb.
Fransada aylardır pensiya islahatına qarşı etirazların tüğyan etdiyi bir vaxtda prezident Emmanuel Makronun pivə içərək əylənməsi insanların qəzəbinə səbəb olub.