Fransanın Orlean şəhəri yaxınlığındakı “Amazon” anbarı uzun müddətdir ki, siçovulların işğalına məruz qalıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Şəhərin Saran rayonunda “Amazon”un məhsullarının, o cümlədən ərzaq materiallarının saxlandığı anbarda qutuların arasında siçovulların “aşağı qaçması” müşahidə olunur.
Anbarda bəzi qida materiallarının olduğu qutularda ölü siçan balaları gözə dəyir və bəzi hissələrdə çirklənmə diqqəti çəkir.
Aylardır həll yoxdur.
Xəbərdarlıqlara baxmayaraq, aylardır həllini tapmayan bu problem həm işçilərin, həm də müştərilərin sağlamlığını təhlükəyə atdığı üçün bizi narahat edir.
Sözügedən anbarda çalışan şirkətin əməkdaşı xəstəliyə yoluxmaqdan qorxduqlarını və səlahiyyətlilərin vəziyyətlə o qədər də maraqlanmadığını bildirib.
İşçilərin bağlı olduğu həmkarlar ittifaqının nümayəndələrindən Jan Silver Gilon anbardakı siçanlardan xilas olmaq üçün görülən tədbirlərin qeyri-kafi olduğunu və daha təsirli həll yollarına ehtiyac olduğunu bildirib.
Amazon isə anbarda dəfələrlə zərərvericilərlə mübarizə qrupunun işlədiyini, siçanlarla təmasda olan bağlamaların müştərilərə göndərilmədiyini iddia edib.