Mersinin Tarsus rayonunda hərəkət edən avtobus yük maşını ilə toqquşub və daha sonra dərəyə aşıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hadisə nəticəsində 1 nəfər ölüb, 28 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım briqdaları, xilasedicilər və yol polisi cəlb olunub.
Avtobus sürücüsünün hadisə yerindəcə öldüyü müəyyən edilib.
Xəsarət alan yük maşınının sürücüsü və avtobusda olan 27 sərnişin təcili tibbi yardım maşınları ilə ətrafdakı xəstəxanalara aparılıb.