backend

ABŞ-da yeniyetmələr arasında davada 6 nəfər güllələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Viskonsin ştatında 1865-ci ildə köləliyin sona çatdığı günlə əlaqədar federal bayram elan edilən iyunun 19-u münasibətilə keçirilən mərasimdən sonra 14-19 yaş arası 6 nəfər dava zamanı güllələnib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Milwaukee Polis rəisi Cefri Norman mərasimdən sonra silahlı zorakılıq hadisəsi baş verdiyini açıqlayıb.

O, gənc qadınlar arasında mübahisənin davaya çevrildiyini qeyd edib.

Güllələnən gənclərin həyati təhlükəsinin olmadığını qeyd edən Norman son 8 ildə şahidi olduğu şənliklərdə belə “qanlı” hadisənin şahidi olmadığını bildirib.

Valideynlərə zəng edən Norman qeyd edib ki, heç bir gəncin əlində silah olmamalıdır və valideynlərin bu məsələdə diqqətli olması lazımdır.

Milwaukee Bələdiyyə Başçısı Cavalier Johnson da açıqlamasında 19 İyunun təhlükəsiz şəkildə qeyd edildiyini, lakin sözügedən hadisənin “tamamilə qəbuledilməz olduğunu” söyləyib.

Hadisə şahidlərindən biri yerli mətbuata verdiyi açıqlamada iki qadının mübahisəsi nəticəsində silahlı qarşıdurmanın başladığını və bir gəncin silahını çıxararaq atışmağa başladığını iddia edib.

ABŞ-da köləliyin sona çatdığı gün kimi tanınan “19 İyun” münasibəti ilə şənliklər keçirilir.