Cəlilabadda 8 yaşlı uşağı avtomobil vurubbackend

Cəlilabadda 8 yaşlı uşağı avtomobil vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda piyada vurma hadisəsi baş verib.

Bu barədə İnterpress.az-a rayon sakinləri məlumat veriblər.

Hadisə rayonun H. Əliyev prospektində qeydə alınıb.

Belə ki, 2015-ci il təvəllüdlü R. Əkbərlini minik avtomobili vurub.

Azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin tibbi yardımdan sonra paytaxt xəstəxanalarından birinə təxliyyə edilib.

Faktla bağlı araşdırma aparılır.