Pakistanın Hayber Paxtunxva əyalətində güclü yağışlar nəticəsində 7 nəfər ölüb, 72 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Leysan yağışlar Hayber Paxtunxvaya bağlı Bannu və Pişəvərdə fəsadlar törədib.
Yağışların yaratdığı fəlakət və qəzalarda Bannuda 5, Pişəvərdə isə 2 nəfər həyatını itirib.
Ölkə üzrə ümumilikdə 72 nəfər xəsarət alıb.
Güclü külək nəticəsində bəzi ərazilərdə evlərə ziyan dəyib, güclü yağış sel sularına səbəb olub.