Fransada toyuq məhsulları bakteriya şübhəsi ilə satışdan yığışdırılıbbackend

Fransada toyuq məhsulları bakteriya şübhəsi ilə satışdan yığışdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın məşhur markalarından olan “Le Galois”un bütün toyuq və toyuq məhsulları bakteriya şübhəsi ilə satışdan yığışdırılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Dövlət istehlakçı informasiya platforması “Rappel Conso”nun saytında verilən elana görə, bütün “Le Galois” cinsli toyuqlar, xüsusilə “Carrefour” mağazalarında satılan toyuqlar listeriyaya yoluxma şübhəsi ilə satışdan çıxarılıb.

Bu məhsulları alanları istehlak etməməyə və ən yaxın satış nöqtəsinə gətirməyə çağıran platforma ödənişlərin geri qaytarılacağını açıqlayıb.

Platforma həmçinin bu məhsulları istehlak edənlərdən qızdırma, baş ağrısı və ya gözlənilməz təsirlər zamanı həkimə müraciət etmələrini istəyib.

Xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlılar üzərində təsirli olduğu bilinən Listeria bakteriyası adətən torpaqda, suda və heyvanlarda olduğu üçün qida yolu ilə insanlara bulaşır.

Yüksək hərarət, baş ağrısı, kramp, ürəkbulanma və ishal kimi simptomlarla ortaya çıxan xəstəlik körpələrdə, yaşlılarda və immun sistemi zəif olan insanlarda ölümcül təsir göstərir.