Rio Grande do Sol əyalətinin qubernatoru Eduardo Leite verdiyi açıqlamada şiddətli qasırğanın 16 nəfərin ölümünə səbəb olduğunu və itkin düşənlərin axtarışlarının fasiləsiz olaraq davam etdiyini bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qasırğanın sel və torpaq sürüşməsinə səbəb olduğunu bildirən Leite indiyə qədər 3200 adamın evsiz qaldığını, minlərlə insanın təxliyə edildiyini bildirib.
Əlverişsiz hava şəraiti səbəbindən axtarış-xilasetmə işlərinin çətinləşdiyi şəhərlərdə hər yer su altındadır.
Səlahiyyətlilər təxliyə edilən ailələrə əsas ərzaq paketlərinin paylandığını və yardımların davam etdiriləcəyini açıqlayıb.
Sel və sürüşmə səbəbindən bəzi reyslər ləğv edilib, magistral yollar və küçələr nəqliyyatın hərəkətinə bağlanıb.
Argentina və Uruqvay da dağıntılara səbəb olan qasırğaya görə tədbirləri artırmaq qərarına gəlib.