ABŞ “Titanik”in qəzaya uğradığı yerə gedərkən itən sualtı qayıq üçün xilasetmə sistemi göndərəcəkbackend

ABŞ “Titanik”in qəzaya uğradığı yerə gedərkən itən sualtı qayıq üçün xilasetmə sistemi göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ “Titanik”in qəzaya uğradığı yerə gedərkən itən sualtı qayıq üçün xilasetmə sistemi göndərəcək.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Hərbi Dəniz Qüvvələri 1912-ci ildə aysberqə çarpdıqdan sonra batan “Titanik” gəmisinə turist səfəri zamanı itən sualtı qayığın axtarış işlərinə dəstək vermək üçün ekspert və xilasetmə sisteminin göndəriləcəyini bildirib.

ABŞ Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada, təyyarə və ya kiçik ölçülü gəmilərin, ağır və böyük əşyaların altından çıxarılması üçün nəzərdə tutulan “FADOSS” adlı gəmi xilasetmə sisteminin olduğu bildirilib.

Avadanlığın və mütəxəssislərin Sahil Mühafizəsinə dəstək vermək üçün bu axşam Kanadanın Nyufaundlend adasının St Johns şəhərinə gələcəyi bildirilib.

ABŞ Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada itkin sualtı qayığın həm dəniz səthində, həm də su altında axtarıldığı, lakin sərnişinlərdə təxminən 40 saatlıq oksigenin qaldığı təxmin edildiyi qeyd edilib.