Baydenin oğlu vergi və silah saxlama ittihamlarında günahkar olduğunu etiraf edirbackend

Baydenin oğlu vergi və silah saxlama ittihamlarında günahkar olduğunu etiraf edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden federal gəlir vergisini ödəməmək və narkotikdən istifadə etməsinə baxmayaraq silah saxlamaq ittihamlarını qəbul edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Respublikaçıların böyük cinayətlərin ört-basdır edildiyinə dair iddialarına səbəb olan istintaq 5 ildir ki, davam edirdi.

Prokurorlar bildiriblər ki, Bayden və Hunter Baydenin yaşadığı Delaver ştatının baş prokuroru arasındakı razılaşma federal hakim tərəfindən təsdiqlənməlidir.

Razılaşmaya əsasən, Baydenin həbsxanaya düşməyəcəyi təxmin edilir.

“The Washington Post” qəzetinin yazdığına görə, prokurorlar şərti azadlığa buraxılma şərtlərinin icrasını təmin edəcəklər.

Bu hadisələrlə bağlı sualı cavablandıran ABŞ prezidenti Bayden jurnalistlərə “oğlu ilə fəxr etdiyini” deyib.

Hunter Bayden atası prezident olduqdan sonra 2021-ci ildə nəşr olunan xatirələrində kokain və digər narkotiklərə aludəçiliyindən yazıb.

Bayden 2015-ci ildə qardaşı beyin xərçəngindən vəfat etdikdən sonra asılılığının yenidən başladığını söyləyib.

Asılılığa baxmayaraq, Bayden silaha sahib olmaq üçün terapiya və reabilitasiya kimi bir prosesə girə bilər.

Vəkili isə verdiyi açıqlamada Baydenin “bu şəkildə aludə olarkən etdiyi səhvlərə görə məsuliyyət daşıdığını və müvəkkilinin sağalıb yoluna davam etmək istədiyini” deyib.

ABŞ-ın keçmiş prezidenti olan və gizli dövlət sənədlərinə sahib olmaqda təhqiqat aparılan Donald Tramp isə bu hadisəyə reaksiya verərək “seçkilərə müdaxilə edildiyini, sistemin korlandığını” bildirib.