Hondurasda qadın həbsxanasında baş verən insidentdə 41 məhbus ölübbackend

Hondurasda qadın həbsxanasında baş verən insidentdə 41 məhbus ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk məlumatlara görə, Mərkəzi Amerika ölkəsi Hondurasda qadın həbsxanasında baş verən insidentdə 41 qadın məhbus həyatını itirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hadisələr zamanı 25 qadın yandırılıb, 16 qadın isə silahla öldürülüb.

Təhlükəsizlik nazirinin müavini Julissa Villanueva həbsxanada “fövqəladə vəziyyət” elan edildiyini bildirib.

Digər tərəfdən, Tequsiqalpanın təxminən 300 kilometrliyində yerləşən IIama həbsxanasında silahlı qarşıdurmaların yaşandığı və polisin hadisələrə müdaxilə etdiyi barədə məlumat qeyd edilib.