“ABŞ gələn il 125 min qaçqını qəbul etməyi planlaşdırır. Bu, son 30 ildə çatılmayan bir səviyyədir”.
İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden bildirib.
Onun sözlərinə görə, ABŞ Qaçqınların Qəbulu Proqramı”nın yenidən qurulması üçün çalışır.
“Mənim administrasiyam ABŞ-ın Qaçqınların Qəbulu Proqramını yenidən qurmaq üçün çox çalışıb. ABŞ gələn il 125 min qaçqını qəbul etməyi planlaşdırır. Bu, son 30 ildə əldə olunmayan səviyyədir”, – Bayden deyib.
Dünyanın hər yerindən zorakılıq və zülmdən qaçan qaçqınları qucaqladıqlarını bildirən Bayden, qaçqınların qayğısına qalan təşkilatları dəstəkləməyə davam edəcəklərini bildirib.
Bayden dünyada 110 milyon insanın evlərini tərk etmək məcburiyyətində qaldığını və bu rəqəmin tarixin hər anından çox olduğunu vurğulayıb.
Rusiyanın Ukraynaya hücumunun İkinci Dünya Müharibəsindən bu yana görünməmiş sürətlə milyonlarla insanı başqa ölkələrə qaçmağa məcbur etdiyini vurğulayan Bayden, Suriya, Venesuela, Əfqanıstan, Somali və Cənubi Sudanda daxili qarışıqlıqlar səbəbiylə çoxlu sayda insanın didərgin düşdüyünə də diqqət çəkib.
Bayden qeyd edib ki, onlar Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatı ilə bütün dünyada qaçqınlara çatmaq və onlara dəstək olmaq üçün işləyirlər.
1975-ci ildən bəri ABŞ-a 3,5 milyondan çox qaçqın gəlib.