Böyük Britaniyada inflyasiya may ayında sabit qalıbbackend

Böyük Britaniyada inflyasiya may ayında sabit qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada illik inflyasiya may ayında dəyişməyərək 8,7 faiz olub, baza inflyasiyası isə 7,1 faizə yüksəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Britaniya Milli Statistika İdarəsi (ONS) may ayı inflyasiya göstəricilərini açıqlayıb.

Buna görə, illik inflyasiya may ayında yüzdə 8,7 olaraq sabit qalıb. İnflyasiyanın 8,4 faiz olacağı gözlənilirdi.

Böyük Britaniyada baza inflyasiyası may ayında 7,1 faizə yüksəlib. Baza inflyasiyası aprel ayında 6,8 faizə yüksəldi ki, bu da 1992-ci ilin martından bəri ən yüksək səviyyədir.

Ərzaq inflyasiyası isə may ayında yüzdə 18,4, xidmət sektoru inflyasiyası isə 7,4 faizə yüksəlib.

Bu ilin mart ayında 10,1 faiz olan inflyasiya aprel ayında gözləniləndən az olmaqla 8,7 faizə düşüb. İngiltərədə ərzaq inflyasiyası aprel ayında yüzdə 19,1 ilə yüksək olmağa davam edib.

İngiltərədə inflyasiya 2022-ci ilin oktyabrında 11,1 faizlə son 41 ilin ən yüksək səviyyəsinə çatıb.

İnflyasiyanı azaltmaq üçün 2021-ci ilin dekabr ayından etibarən pul siyasətini sərtləşdirən İngiltərə Bankı (BoE), bu tarixdən etibarən faiz dərəcələrini ardıcıl 12 dəfə artıraraq siyasət faizini 4,50 faizə yüksəldib.

Sabah Pul Siyasəti Komitəsinin iclasında BoE-nin faiz dərəcələrini 25 bənd artıracağı dəqiq hesab edilir.

Böyük Britaniyanın baş naziri Rishi Sunak bu il inflyasiyanın yarıya endirilməsi öhdəliyi götürüb, eyni zamanda BoE-nin əsas məqsədi inflyasiyanın 2 faizə çatdırılması və bu səviyyədə saxlanılmasıdır.